Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Gürcüstan hökuməti qalmaqallı qanun layihəsini geri götürdü

Gürcüstan hökuməti qalmaqallı qanun layihəsini geri götürdü

Etirazlar fonunda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsini ölkə parlamentindən geri götürmək qərarına gəlib.

Bu barədə hakim komandanın, parlament çoxluğunun, eləcə də qanun layihəsinin təşəbbüskarı olan “Xalqın Gücü” ictimai hərəkatının birgə bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, qəbul edilən qanun layihəsi cəmiyyətdə ziddiyyətli rəylərə səbəb olub. Belə ki, “yalan maşını” qanun layihəsini mənfi tərəfdən təqdim edə bilib və cəmiyyətin müəyyən hissəsini çaşdırıb.

“Qanun layihəsinə saxta “Rusiya qanunu” damğası vuruldu və onun ilk iclasda qəbul edilməsi ölkənin Avropa kursundan dönməsi kimi təqdim olundu…Cəmiyyətin hər bir üzvü qarşısında cavabdeh olan hakim qüvvə olaraq, heç bir razılıq olmadan, qeyd-şərtsiz, dəstəklədiyimiz qanun layihəsini geri götürmək qərarına gəldik”, – deyə bəyanatda vurğulanıb.

Bəyanatda radikal qüvvələrin gəncləri qanunsuz əməllərə cəlb edə bildiyi vurğulanıb.

“Biz hər şeydən əvvəl ölkəmizdə sülhü, əmin-amanlığı və iqtisadi inkişafı, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləməsini qorumalıyıq. Buna uyğun olaraq hər bir vətəndaşımızın enerjisinin qarşıdurmaya deyil, əksinə ölkənin düzgün inkişafına sərf olunması lazımdır.

Emosional fon səngidikdən sonra hakim partiyanın üzvləri bu qanun layihəsinin nəyə xidmət etdiyini və ölkədə xarici təsirin şəffaflığının təmin edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah etmək niyyətindədirlər. Bunun üçün hakimiyyət əhali ilə görüşlərə başlayacaq və “məsələnin hər bir detalı ilə bağlı sakinlərə həqiqəti deyəcək”, – bəyanatda deyilir.

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Gündüz dinc etiraz gecənin başlaması ilə aqressiv formalar alıb – nümayişçilər parlamentin girişlərini bağlayıblar, avtomobilləri yandırıblar, qanunverici orqanın və mağazanın şüşələrini sındırıblar, hüquq-mühafizə orqanlarının əməkdaşlarına molotov kokteyli və digər əşyalar atıblar. Polis gözyaşardıcı qaz və təzyiqli su ilə cavab verib.

İki gün davam edən etirazlar zamanı 133 nəfər inzibati qaydada həbs edilib, onlarla polis yaralanıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …