Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “Göstərəcəm ki, prezident necə ölər” – Saakaşvili məhkəmədə +Video

“Göstərəcəm ki, prezident necə ölər” – Saakaşvili məhkəmədə +Video

Bu gün Kiyevdə hakim qarşısına çıxarılan eks-prezident Mixail Saakaşvili məhkəmədə Gürcüstan və Ukraynanın himnini səsləndirib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, yenidən həbsxanaya qaytarılacağı təqdirdə Saakaşvili aclıq aksiyasını davam etdirəcəyini bildirib. Siyasətçi, həmçinin özünü əsir götürülən əsgər kimi hiss etdiyini deyib:

“Mən qorxmuram. Göstərdim ki, prezident necə işləyə bilər və göstərəcəm ki, prezident necə ölə bilər. Əgər onlar məni həbsxanaya qaytarsalar sona kimi aclığa davam edəcəm. Lakin hər kəs biləcək ki, bu qətli kim təşkil edib”.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …