Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Gələcəyin “gitara-təyyarə”si: ekoloji təmiz, qənaətcil – FOTO/VİDEO

Gələcəyin “gitara-təyyarə”si: ekoloji təmiz, qənaətcil – FOTO/VİDEO

Niderlandın Delft Texniki Universitetinin mühəndisləri “Flying-V” laynerinin modelini hazırlayıblar.

Nat-Geo xəbər verir ki, qeyri-adi konstruksiyaya malik, ekoloji təmiz və qənaətcil laynerə “Airbus A350” təyyarəsindən 20 faiz az yanacaq lazımdır. Sərnişin tutumu 314 nəfər, qanadlarının genişliyi isə 65 metr təşkil edir.

“İnqilabi” təyyarələr rok musiqisinin Cimi Hendriks, Kit Riçards kimi bir çox ulduzlarının ifa etdiyi “Gibson Flying-V” əfsanəvi elektrik gitaralarının şərəfinə belə adlandırılıb. Laynerin “V” formalı xarici görünüşü məhz bu musiqi alətini xatırladır.

Digər təfərrüatlar isə hələlik sirr saxlanılır. Təqdimatın oktyabrda, Amsterdam aeroportunun 100 illik yubileyində keçiriləcəyi gözlənilir.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …