Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər var

Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər var

Ermənistan prezidenti Armen Sarkisyan hər hansı təzyiq altında ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ətrafında yaranmış vəziyyətlə əlaqədar hərəkət etməyəcək.

Bu barədə Ermənistan Prezidenti Aparatında bildiriblər.

“İndiki vəziyyətdə heç kim prezidenti siyasi prosesə cəlb etməyə çalışmamalıdır. Prezidentə istənilən təzyiq cəhdləri yolverilməzdir”, – xəbərdə deyilir.

Prezident Aparatında qeyd ediblər ki, Armen Sarkisyan “kiminsə və ya hər hansı siyasi gücün tərəfini tutmur”.

“Prezident öz funksiyalarını həyata keçirərək, yalnız dövlətin və xalqın maraqlarını rəhbər tutur”, – bəyanatda qeyd edilir./“Report” 

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …