Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Ermənistanda kilsə-dövlət qarşıdurması son həddə

Ermənistanda kilsə-dövlət qarşıdurması son həddə

Ermənistanda dinlə dövlət arasındakı münasibətlər çox gərgin fazaya qədəm qoyub. Hətta vəziyyət o həddə çatıb ki, bu münasibətlərin tənzimlənməsi üçün işçi qrup da yaradılıb. Qrupun ilk iclasına sədrliyi erməni katolikos İkinci Qareginlə baş nazir Nikol Paşinyan edib.

Gedən müzakirələrdən hiss edilib ki, kilsə ilə hökumət arsında ciddi fikir ayrılığı var. Bu ziddiyyətin ən gərgin fazasını biz Paşinyanın hakimiyyətə gəldiyi yeni dönəmdə hiss etdik. Həmin vaxt katolikosun üzərinə inqlabçılar tərəfindən ciddi hücumlar olundu. Birgə işçi qrupun iclasında gedən müzakirələr də göstərir ki, çatlar dərindir. Demək olar ki, dünyanın heç bir ölkəsində bənzər vəziyyəti təsəvvür etmək olmaz. Azərbaycanla bağlı isə belə bir vəziyyətin yarana biləcəyi, ümumiyyətlə, ağla gəlmir. Çünki Azərbaycan hakimiyyəti dünyəvi kurs tutsa da, bütün dinlərə tolerant münasibət sərgiləyir, onların inkişafı üçün bütün mümkün dəstəyi verir.

Ermənistanda yaranan bu vəziyyət nəyin göstəricisi ola bilər?

  • Tural İrfan: “Paşinyanın məqsədi kilsəni daha da milliləşdirmək, siyasiləşdirmək, radikallaşdırmaqdır”

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, doğrudan da çatlar çox dərinə gedib: “Ermənistanda kilsə ilə hökumət arasında yaranmış ziddiyyət o yerə çatıb ki, artıq bu məsələni həll etmək üçün işçi qrup yaradılıb.

Ermənistan rəhbəri Paşinyanın apardığı siyasət qeyri-səlist və pafoslu olduğu qədər də dayaz və düşünülməmişdir. Ümumiyyətlə, erməni kilsəsi tam katolik deyil. Onlar Qriqoryan cərəyanına mənsubdurlar. Bu da, bir növ, yəhudi dini kimi milliləşmiş dindir. Yəni erməni kilsəsi heç zaman tarix boyu təkcə dini təmsil etməyib. Erməni ideoloqlarının siyasi addlmlarına alət olaraq fəaliyyət aparıb. Bu da erməni kilsəsini, bir növ, dünya xristianlarından, Roma Papasından narazı salıb.

Bir sözlə, onlar torpaqtutma məkrlərinə kilsəni hər zaman alət ediblər. Burada bir neçə məqam ola bilər. Paşinyan, ola bilsin, kilsənin üstünə daha çox gedərək, hansısa siyasi addımlarına dəstək almaq istəyir. Kilsə də artıq siyasi oyuncağa çevrilməkdən təngə gələrək, bundan imtina etmək qərarına gəlib”.

Ekspertin sözlərinə görə, o, bu yaxınlarda nəşr etdirdiyi “Kamikadze 1” sənədli romanında məhz məxfi sənədlərə əsasən erməni kilsəsinin və ideoloqlarının bu yöndəki tarixi fəaliyyətlərinə işıq salıb: “Bu yaxınlarda Azərbaycanda erməni kilsəsi adlandırılan kilsənin fəaliyyətə başlaması məsələsi də gündəmə gəlmişdi. Hətta bu kimi faktlar da sübut edir ki, erməni kilsəsi artıq erməni hakimiyyətinin tam nəzarətində, əmrindədir və onların rıçaqları, təsirləri geniş əhatədə çox yerə uzanır.

Erməni kilsəsinə Paşinyanın təsirləri, erməni hökumətinin kilsəyə basqıları və ya bu basqılar nəticəsində artıq kilsənin din müstəvisindən çıxaraq tam siyasi alətə çevrilməsi bu münaqişənin əsas səbəbi ola bilər”.

İlahiyyatçının fikrincə, xristianlığın əsas xəttindən kobud şəkildə fərqlənən bir cərəyanı siyasi müdaxilələrə, işğalçı əməllərə alət etməklə daha da təcrid etmək kilsədə əks təsir yaradıb: “Erməni kilsəsi Dağlıq Qarabağ məsələsində abidələrin dağıdılmaması və digər humanist məsələlərdə nə vaxt söz veribsə, həmin vədinə əməl etməyib. Bu da erməni hakimiyyətinin kilsəyə basqılarının nəticəsidir. Bir növ, Paşinyanın məqsədi kilsəni daha da milliləşdirmək,  siyasiləşdirmək, radikallaşdırmaqdır. Ortodoksal xristianlıqdan öz milliləşmiş xüsusiyyətlərinə görə kifayət qədər fərqlənən erməni Qriqoryan kilsəsi tarix boyu erməni dövləti ilə bir olub, dini əsaslardan çox, o dövlətin siyasi ideyaları əsasında fəaliyyət göstərib”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …