Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Eldar Əzizov məbədi qapadıb, sonra araşdıracaq? – FOTOLAR

Eldar Əzizov məbədi qapadıb, sonra araşdıracaq? – FOTOLAR

Bakı şəhəri, Süleyman Rüstəm 10 ünvanında yerləşən tarixi binanın sökülmək təhlükəsi var.
“Qafqazinfo” xəbər verir ki, bunu “Salaam Cinema Baku” kinoteatrını məhz burada kirayələyən şəxslər iddia edirlər. Onlar bir müddətdir ki, burada kino nümayişləri, sərgilər və təlimlər keçirir, müzakirələr aparır. Təşəbbüskarların sözlərinə görə, dünən binanın əsl sahibi məkana baş çəkib və binanı tərk etmələrini tapşırıb. O bildirib ki, binanın sökülməsi üçün sənədləri var. Qeyd edilib ki, bina rekonstruksiya işləri üçün bağlanacaq.

Amma məkanın dağıdılmaması üçün kinoteatr üzvləri və ictimai fəallar binadan çıxmaq istəmir. 
Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Nizami Mayılov isə binanın sökülməyəcəyini və araşdırmalardan sonra qərar veriləcəyini bildirib: “Əgər bina tarixi əhəmiyyət kəsb edirsə, heç bir dağıntı işi aparılmayacaq. Qapısı möhürlənəcək və araşdırma işlərinə başlanılacaq”.
Bakı Şəhər İcra başçısı Eldar Əzizov da binaya baş çəkib və vəziyyətlə maraqlanıb.
Qeyd edək ki, bina 1913-cü ildə, əslən malakanlardan olan Skobelyevin təşəbbüsü ilə malakan dua evi kimi inşa edilib. Məqsədi bütün malakanları bir məkanda birləşdirmək olub.ı

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …