Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Ermənistan prezidentindən Avropa separatçılarına dəstək – Diplomatik qalmaqal

Ermənistan prezidentindən Avropa separatçılarına dəstək – Diplomatik qalmaqal

Bu günlərdə Avropa və ABŞ turnesinə çıxan Ermənistan prezidenti Armen Sarkisyan İrəvanın separatizmi dəstəklədiyini rəsmən nümayiş etdirib.

Vaşinqtondakı Smitson festivalının açılışında iştirak edən Sarkisyan İspaniyadan müstəqillik tələb edən katalonları dəstəkləyib.

Bu barədə tədbirdə iştirak edən erməni rəssam Ruben Malayan “Facebook” səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, ermənilərlə Kataloniya mədəniyyətinə həsr olunan Smitson festivalının açılışında çıxış edən İspaniyanın ABŞ-dakı səfiri ölkəsinin siyasi-mədəni həyatından söz açıb və bildirib ki, İspaniyada siyasi məhbuslar yoxdur. Bundan qəzəblənən Kataloniya nümayəndə heyəti zalı tərk edib.

Çıxışdan sonra Ermənistan prezidentinə yaxınlaşan İspaniya səfiri onunla salamlaşaraq əlini sıxmaq istəyib, lakin Armen Sarkisyan avropalı səfirin bu jestinə rədd cavabı verərək, onun əlini sıxmayıb. Malayan və əksər erməni istifadəçilər Ermənistan prezidentinin katalonlara bu cür dəstək nümayişinin böyük “hörmətə” layiq olduğunu yazıblar.

Qeyd edək ki, İspaniyanın ABŞ-dakı səfirinə Vaşinqtonda keçirilən Smitson festivalının açılışında iştirak etmək üçün rəsmi dəvət göndərilməyib. Bununla belə, Kataloniyanın müstəqil dövlət olmadığını və mərkəzi Madrid hökumətinə tabe olduğunu göstərmək üçün İspaniyalı səfir özü tədbirə qatılmaq qərarına gəlib. Lakin dəvət olunmamış qonağı öz jesti ilə təhqir etməklə diplomatik skandala səbəb olan Ermənistan prezidenti, İrəvanın Avropadakı separatçıları dəstəklədiyini bir daha sübut edib. (AzVision.az)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …