Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Elçin Şıxlı: “Çalışıram bağdan şəhərə gəlməyim ki, benzinpulum az çıxsın” – VİDEO – MÜSAHİBƏ
489760903DM00007_The_Homesm

Elçin Şıxlı: “Çalışıram bağdan şəhərə gəlməyim ki, benzinpulum az çıxsın” – VİDEO – MÜSAHİBƏ

Modern.az saytının növbəti müsahibi tanınmış jurnalist Elçin Şıxlıdır. Bu dəfə ənənəvi müsahibələrdən fərqli olaraq, həmsöhbətimizə sualları elə müsahibin həmkarları, dostları ünvanlayır. Biz isə sayt olaraq dostların suallarını çatdırmaqda vasitəçi oluruq. Görək, Elçin Şıxlıya hansı sualları ünvanlayıblar və o, necə cavab verib.

Beləliklə, 22 iyul Milli Mətbuat Günündə fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı ilə videomüsahibəni təqdim edirik: 

Ləman Ələşrəfqızı – telejurnalist: 

1)  İsmayıl Şıxlı ata kimi maraqlı adam idi, yoxsa yazıçı kimi?
2) General Əliağa Şıxlinski ilə hansısa qohumluq əlaqələri varmı? Onun “Xatirələrim ” əsərini latıncaya çap etdirib orta məktəblərdə əlavə vəsait kimi paylanmasına çalışa bilərmi?

 

Çingiz Abdullayev – yazıçı:

Elçin Şıxlının Azərbaycan və dünya ədəbiyyatında sevdiyi yazıçılar kimlərdir?

 

Əfqan Qafarlı- Modern.az saytının redaktoru:

1) Əgər atanız İsmayıl Şıxlı sağ olsaydı, bugünkü vəziyyətinizlə əlaqədar ondan hansı məsləhəti istəyərdiniz?
2) Azərbaycan cəmiyyətində mənəvi dəyərlər aşınıb, deqredasiya vəziyyəti yaşanır, əxlaq normaları dəyişir kimi fikir səsləndirənlər çoxdur. Bu fikirlə razısınızsa, bir ziyalı olaraq səbəbləri necə izah edərdiniz?

 

Aqil Abbas – yazıçı, deputat:

Bu yaxınlarda Kür çayının yanından keçirdim. Soruşmaq istəyirəm ki, Elçin, Kür çayı İsmayıl Şıxlısız yetim qalmayıb ki?

 

Rəşad Məcid  – “525-ci qəzet” in baş redaktoru, yazıçı:

Çoxdandır onu görmürəm. Ovqatı, səhhəti necədir? Nə ilə məşğuldur?

Flora Kərimova – müğənni:

Elçin intellektual, vətənpərvər, elə bütöv bir varlıqdır ki… Elə bir ailədən gəlib ki, ona sual ola bilməz. Ona ancaq pərəstiş ola bilər. Ona oxşamaq, bənzəmək  arzusu ola bilər…

Amma belə bir sual verərdim ki, Elçin, ziyalı olmaq üçün ziyalı doğulmaq lazımdır, yoxsa ziyalı kimi tərbiyə almaq lazımdır?

Fuad Poladov  – aktyor:

Bu gün Azərbaycan mətbuatının 140 illik yubileyidir. İmkanınız oslaydı, Həsən bəy Zərdabini yubiley gecəsinə dəvət edərdinizmi?

Qulu Məhərrəmli-telejurnalist:

Yuxunuzda “Zerkalo” və “Ayna” qəzetlərini görürsünüzmü?

 

Elmira Axundova  – milət vəkili : 

“Zerkalo” və “Ayna” qəzetlərinin taleyi nece olacaq, davam etdirmək niyyətindəsiniz? Hazırda hansısa işlə, yaradıcılıqla məşğulsunuzmu?

Şahanə Rəhimli – jurnalist:

1) Heç olubmu ki, hamıdan və hər şeydən yorulanda uşaq olub başınızı ananızın dizinə qoyub yatmaq istəyəsiniz?
2) Ən çox kimdən və nədən güc alıb ayaq üstə durmağı bacarırsınız?
3) Hazırda hansısa gəlir yeriniz varmı? Necə dolanırsınız?

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …

Bir cavab yazın