Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Donald Tramp CNN-i ələ saldı:“Dəhşətdir…”

Donald Tramp CNN-i ələ saldı:“Dəhşətdir…”

ABŞ prezidenti Donald Tramp 2016-cı il seçkiləri öncəsində Rusiyaya müraciət edərək Demokrat partiyasından olan namizəd Hillari Klintonun poçtunu sındırmağa səslədiyi barədə sözlərini ciddi qəbul edən mediaya güldüyünü bildirib.

“Medialite” saytının məlumatına görə ABŞ prezidenti həmin vaxt Kremlə sadəcə sarkazm xatirinə belə bir çağırış etdyini qeyd edib. “Lakin yalançı CNN və digərləri bunu həmin vaxt belə qələmə verdilər: Tramp Rusiyadan Hillari Klintonun elektron məktublarını ona verməsini istədi. Dəhşətdir”,– deyə ABŞ prezidenti yazıb. ABŞ lideri onun sözlərini ciddi olduğunu iddia edən hər kəsi xəstə adlandırıb. Bundan başqa respublikaçı prezident mühafizəkar siyasətçilərin toplandığı konfransda 2020-ci il seçkilərində 2016-cı ildəkindən daha böyük üstünlüklə qalib gələcəyini bəyan edib. Qeyd edək ki, Rusiyanın 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı məsələ ABŞ-da hələ də aktuallığını qoruyur. Demokratlar, o cümlədən Hillari Klintonun özü indiyə qədər Moskvanı sosial şəbəkələrdə manipulyasialar törətməkdə və partiyanın əsas kompüter serverini sındıraraq seçkidə dönüş yarada biləcək məlumatları təhrif olunmuş şəkildə sızdırmaqda ittiham edir.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …