Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “BMW X5″də öldürülən “Emin 444″ün FOTOLARI

“BMW X5″də öldürülən “Emin 444″ün FOTOLARI

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda dava zamanı avtomobilində qətlə yetirilən  Səfərov Emin Ehtiram oğlu   (“Emin 444”) krminal aləmin üzvü olub.

Unikal.org qətlə yetirilən Səfərov Emin Ehtiram oğlu ilə bağlı araşdırma aparıb. Məlum olub ki, “BMW X5” markalı 99 XE 444 nömrəli avtomobili Emin Səfərov öz adında olub. 

O, Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə görə məhkum olunub.

Qətlə yetirilən Emin Səfərov “Qəbələ” idman klubunun və Azərbaycan MMA Federasiyasının üzvü olmuş “Ziko” ləqəbi ilə tanınan Ziyadxan Sədiyevin yaxın dostu olub. 

Xatırladaq ki, “Ziko” ləqəbli idmançı 2017-ci ildə Binəqədidə yerləşən “Marafon” idman zalında dostlarıyla birlikdə hücum edərək dava salmışdı. Bu davaya MMA üzrə Dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyevin özü arasında mübahisə səbəb olmuşdu. Bundan sonra “Ziko” dostlarıyla birlikdə həbs olunmuşdu.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …