Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Berdıməhəmmədov öz bəstələrini oxuyub – Prezident konsert verdi + VİDEO

Berdıməhəmmədov öz bəstələrini oxuyub – Prezident konsert verdi + VİDEO

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Yeni il öncəsi mərasimdə özünün şəxsi mahnılarını ifa edib.

Azinforum.az “Report”a istinadla xəbər verir ki, videogörüntülər “Türkmənistan Xronikası”nın “YouTube”dakı kanalına yerləşdirilib.

Berdiməhəmmədov ingilis, alman və türkmən dillərində mahnılar oxuyub, o, həmçinin royalda da müşayiət edib. Mərasimdə prezidentin nəvəsi Kərimqulu da çıxış edib. Bildirilir ki, mahnıların müəllifi odur.

Videoyazının altında qeyd edilir ki, Türkmənistan prezidenti mahnılarını daim özü yazır və başqaları onları təkrar oxuyur.

Daha əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov ölkə parlamentinə – Məclisə deputat seçilib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …