Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Baş nazirdən Rza Zərraba görə ABŞ-a etiraz

Baş nazirdən Rza Zərraba görə ABŞ-a etiraz

Türkiyənin Baş naziri Binəli Yıldırım Amerikada həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın müdafiəsinə qalxıb.

B.Yıldırım iş adamının həbsinin siyasi məqsəd daşıdığını deyib.

“Türkiyə heç vaxt hüquqazidd iş görmür. Kiminlə ticarət əlaqəsi quracağımız üçün kiminsə ağlına ehtiyacımız yoxdur. Rza Zərrab davası hüquqi deyil, siyasidir. İrəli sürülən ittihamlara qarğalar belə gülər” -deyə Baş nazir ABŞ-a etirazını bildirib.

Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Son günlər Rza Zərrabın yoxa çıxması haqda müxtəlif məlumatlar yayılıb. Onun həbsxanada olmadığı, Zərraba sui-qəsd edildi iddia edilir. Hazırda iş adamının harada saxlanıldığı bilinmir. Vəziyyətdən narahat olan rəsmi Ankara ABŞ-a etiraz notası verib. (AzVision.az)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …