Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “Azov” komandirləri rus əsirliyindən azad edildi – FOTO

“Azov” komandirləri rus əsirliyindən azad edildi – FOTO

Xəbər verdiyimiz kimi, Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub. 

Mariupol Patrul Polisinin rəisi Mixail Verşinin və Azovstalın bir neçə digər müdafiəçisinin də rus əsirliyindən geri alındığı bildirilir. 

“Unian” telegram kanalının məlumatına görə, “Azov” alayının komandiri Denis Prokopenko, “Azov” alayının komandir müavini Svyatoslav Palamar (Kalina) və Azovstal dəniz piyadaları komandiri Sergey Volınski  də rus əsirliyindən azad edilib. Onların “Müxalifət Platforması – Həyat naminə” birliyinin liderlərindən biri Viktor Medvedçukla dəyişdirildiyi qeyd olunur. 

Azovstal komandirlərinin artıq Ukraynada olduqları bildirilir. 

Musavat.com

photo_2022-09-22_01-09-41 (2).jpg (128 KB)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …