Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Ayı rusiyalı sabiq deputatı parçaladı

Ayı rusiyalı sabiq deputatı parçaladı

Rusiyanın Yakutiya əyalət məclisinin keçmiş deputatı Aleksandr Krılov Oymyakon rayonunda ayı hücumu nəticəsində ölüb. 

Bununla bağlı “RİA Novosti” əyalətin bələdiyyə sədr İqor Vodovozova istinadən məlumat yayıb. 

Onun sözlərinə görə, Krılov yoldaşları ilə birlikdə ova gedən zaman ayı ona hücum edib. Əvvəlcə deputat ayıya atəş açıb. Yerə yıxılan heyvana yaxınlaşan zaman isə yaxınlıqda olan digər ayı ona hücum çəkib. 

Onun cəsədi Tomtora çatdırılıb. 

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …