Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Almaniya mediası yazır: “Azərbaycan yeni ərazilər fəth edir, ermənilər bunu inkar edirlər”

Almaniya mediası yazır: “Azərbaycan yeni ərazilər fəth edir, ermənilər bunu inkar edirlər”

Azərbaycanla Ermənistan arasında gedən müharibə Almaniya mediasının da diqqət mərkəzindədir. Hər gün bu müharibənin təfərrüatları haqqında alman ictimaiyyətinə ətraflı məlumat verilir. Həmin məlumatların bir qismi haqqında hazırladığımız xəbəri diqqətinizə çatdırırıq.

“Die Zeit” nəşri “Kämpfe in Berg-Karabach: Aserbaidschan erobert weitere Orte” (Dağlıq Qarabağ müharibəsi: Azərbaycan yeni ərazilər fəth edir) adlı məqaləsində deyilir ki, rəsmi Bakı işğal altında olan ərazilərində yerləşən 200-dən artıq məntəqəni azad edib.

Almaniya nəşri yazır: “Dağlıq Qarabağ və Ermənistandakı səlahiyyətli orqanlar Azərbaycan ordusunun irəliləməsi ilə bağlı xəbərləri təsdiqləmir. Erməni tərəfi yalnız kiçik və əhəmiyyətsiz ərazi itkilərini qəbul edir”. Məqalədə o da qeyd olunur ki, erməni tərəfi sentyabrın 27-dən indiyə qədər 1100 hərbçinin və 50-yə yaxın mülkü şəxsin öldüyünü bəyan edir. Azərbaycan tərəfi isə hərbçilərin itkisi ilə bağlı heç bir məlumat vermir.

Almaniyanın “tagesschau.de” saytı isə Ermənistanın Baş naziri Nikol Paşinyanın müsahibəsini təqdim edib. O, müsahibəsində deyir ki, Ermənistan Türkiyə və Azərbaycana qarşı vuruşur. Ermənistan həmişə Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etməyə can atıb. Ancaq Azərbaycan müharibə arzusunda olub. Hazırda Azərbaycan tərəfi muzdlu döyüşçülərdən və terrorçulardan istifadə etməklə bizə qarşı müharibə aparır.

Jurnalist deyir ki, ancaq siz “Qarabağ Ermənistandır və nöqtə” deməklə Azərbaycanı provokasiyaya çəkdiniz. Bu suala birbaşa cavab verməkdən yayınan Nikol Paşinyan 1915-ci ildə türklərin ermənilərə qarşı soyqırım törətdiyini bildirir. Onu da əlavə edir ki, elə indi də Türkiyə ermənilərə qarşı soyqırım törətmək fikrindədir.
Gördüyünüz kimi, Nikol Paşinyan dönə-dönə təkrarladığı çeynənmiş tezisləri yenidən ortaya qoyur.
Almaniya mediasında ermənilərin mövqeyindən hazırlanmış məqalələr də az deyil. Məsələn, “berliner-zeitung.de” qəzeti bu baxımdan lap gül vurub. Qəzet “Armenien: Die Sezession Berg-Karabachs war legal” (Ermənilər: Dağlıq Qarabağın (Azərbaycandan) ayrılması qanuni idi) adlı məqaləsində ermənilərin Azərbaycana və Türkiyəyə qarşı səsləndirdiyi bəlli uydurmaları fakt kimi oxucularına sırıyır.
Almaniyanın ”vol.at” saytı isə Ermənistanın Müdafiə Nazirliyinə istinadən Azərbaycan Ordusunun Şuşada həyata keçirdiyi hərbi əməliyyatlar haqqında məlumat yayıb.

Elbəyi Həsənli, Sürix

https://www.zeit.de/news/2020-11/07/kaempfe-in-berg-karabach-aserbaidschan-erobert-weitere-orte?utm_referrer=https://news.google.com/https://www.tagesschau.de/ausland/bergkarabach-armenien-paschinjan-101.htmlhttps://www.vol.at/aserbaidschan-erobert-im-kampf-um-berg-karabach-weitere-orte/6800857

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …