Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / AKP üçün böyük sürpriz: 442 səs artıq çıxdı

AKP üçün böyük sürpriz: 442 səs artıq çıxdı

Xəbər verdiyimiz kimi, Türkiyədə iqtidarda olan AKP-nin etirazına görə ötən həftənin bazar günü keçirilmiş bələdiyyə seçkilərində İstanbulun bəzi rayonlarında verilmiş səslər yenidən hesablanır.

Unikal.org “Sözcü” qəzetinə istinadən xəbər verir ki, AKP təmsilçiləri İstanbulun Üsküdar rayonunda gözləmədikləri xoşagəlməz sürprizlə qarşılaşıblar. Belə ki, səslər yenidən sayılan zaman AKP-nin namizədi olan Binali Yıldırımın səslərinin 442-si artıq çıxıb. Yəni, ilk dəfə səslər sayılarkən, seçki komissiyasının üzvləri yanlışlığa yol verib, keçmiş baz nazirin lehinə artıq səsləri qeydə alıblar. Digər tərəfdən, məlum olub ki, CHP-nin namizədi Əkrəm İmamoğlunun səsləri əskik sayılıb.

Beləliklə, təkrar sayılmadan sonra Üsküdarda Binali Yıldırımın səslərinin sayı 442 ədəd azalıb, Əkrəm İmamoğlunun səslərinin sayı isə 433 ədəd artıb.

Vəziyyəti belə görən AKP təmsilçiləri yenidən seçki komissiyasından şikayət veriblər.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …