Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / ABŞ və Talibanın razılıq əldə etdiyi deyilir

ABŞ və Talibanın razılıq əldə etdiyi deyilir

Birləşmiş Ştatlar və Talibanın Amerika qoşunlarının Əfqanıstanı tərk etməsi ilə bağlı razılıq əldə etdiyi deyilir. Bu məlumatı şənbə günü Amerikanın Səsinə məsələ ilə yaxından tanış olan mənbə bildirib. Qiyamçı qrup isə cavab olaraq heç bir terror təşkilatına gələcəkdə Amerika və ya hər hansı digər ölkəni hədələmək üçün Əfqanıstan torpağından istifadə etmələrinə icazə verilməyəcəinə dair zəmanət verib.

Bu razılıq Qətərdə ABŞ və qiyamçı nümayəndələr arasında demək olar bir həftə davam edən intensiv və fasiləsiz danışıqların nəticəsidir. Danışıqlarda Qətər höküməti və Pakistanın nümayəndələri də iştirak edib.

Zalmay Xəlilzad
Zalmay Xəlilzad

Mənbələr Amerikanın Səsinə bildirib ki, onlar danışıq aparan tərəflərin Əfqanıstandan çıxış planını ən tez şənbə və ya ən gec bazar ertəsi açıqlayacaqlarını gözləyir. ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarmaq planına əsasən, Taliban atəşkəsə əməl etməlidir. Lakin, həm qoşunların çıxarılması həm atəşkəs “məhdud və şərti” olacaq. mənbələr prezident Donald Trampın Talibanla əldə olunan razılığı illik hesabat məruzəsi zamanı elan edəcəyini də istisna etmir.

Nə ABŞ nə Taliban danışıqlarda əldə olunan irəliləyişlə bağlı heç bir şərh verməyib. ABŞ-ın Əfqanıstanda barışıq məsələləri üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadə danışıqlarda Amerika nümayəndə heyətinə başçılıq edir.

Mənbələr Amerikanın Səsinə bildirib ki, onlar qoşunların çıxarılması və atəşkəslə bağlı məhdud və şərti razılığın hər iki tərəfə böyük siyasi risk almadan addım atmaq imkanı ilə təmin edəcək.

Pakistanın baş naziri İmran Xan
Pakistanın baş naziri İmran Xan

Pakistan rəsmiləri Talibanı ABŞ-ın tələbi ilə dialoq aparmağa onların inandırdığı bildirir.

İslamabad Pakistanın və regionun gələcək təhlükəsizliyi və iqtisadi sabitliyi üçün dinc Əfqanıstanın zəruri olduğunu təkid edir.

Talibanın Əfqanıstanda prezident Əşrəf Qaninin milli birlik höküməti ilə birbaşa danışıqlar aparmağa razılıb-razılaşmadığı bəlli deyil. Tənqidçilər hazırkı administrasiyasın zəif olduğunu, siyasi münaqişələrə qərq olunduğu və “ixtilaf”dan əziyyət çəkdiyini bildirir.

Taliban indiyədək sülh prosesində Əfqanıstan höküməti ilə danışıqlar aparmaqdan imtina edib, çünki onların qeyri-qanuni qurum və “Amerikanın kuklası” adlandırıb.amerikaninsesi.org

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …