Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Abdullah Öcalanla bağlı şok qərar

Abdullah Öcalanla bağlı şok qərar

Türkiyəyə səfər edən Avropa Şurasının Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsi PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanı ziyarət edib.

Teleqraf.com xəbər verir ki, komitə yetkililəri PKK liderinin saxlanıldığı İmralı həbsxanasındakı şəraitlə tanış olub.

Yoxlanışdan sonra açıqlama verən Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül Abdullah Öcalanla görüş qadağasının ləğv edildiyini bildirib.

Qeyd edək ki, ötən günlərdə vəkillərinə 8 ildən sonra ilk dəfə olaraq, PKK lideri ilə görüş icazəsi verməsi haqda məlumat yayılmışdı.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …