Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / 52 nəfər avtobusda yanaraq ölüb – VİDEO

52 nəfər avtobusda yanaraq ölüb – VİDEO

Qazaxıstanın Aktobe vilayətində avtobusun yanması nəticəsində 52 nəfər ölüb.

AzVision.az “İnterfaks”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.

Ölkənin Fövqəladə Hallar Komitəsinin nümayəndəsi Ruslan İmankulov bildirib ki, “İkarus” markalı avtobusun salonunda 55 sərnişin və 2 sürücü olub. Onlardan yalnız 5-i sağ qalıb. Qalan 52 nəfər isə yanaraq ölüb.

Avtobusda olan şəxslərin hamısı Özbəkistan vətəndaşı olub. Yanğının başvermə səbəbləri araşdırılır.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …