Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / 5 min qadın cəbhə xəttində xidmət edir

5 min qadın cəbhə xəttində xidmət edir

5 mindən çox ukraynalı qadın cəbhə xəttində xidmət edir. 

50 min qadın isə Ukrayna Silahlı Qüvvələrində xidmətdədir. 

Cebhe.info TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

“38 min qadın hərbçi ilə yanaşı, Ukrayna Silahlı Qüvvələrində hələ də mülki qadınlar çalışır. Ona görə də ümumilikdə Ukrayna Silahlı Qüvvələrində 50 mindən çox qadınımız var. Bu gün cəbhə xəttində 5 mindən çox qadınımız var”, – deyə Malyar bildirib.

Ukrayna Müdafiə Nazirliyinin qərarına əsasən, kimya, biologiya, telekommunikasiya və bir sıra digər sahələrdə təhsil almış ukraynalı qadınlar oktyabrın 1-dən hərbi komissarlıqda qeydiyyatdan keçməlidirlər. 

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …