Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “300 avro verirəm, evinə qayıt” – Miqrantlara təklif

“300 avro verirəm, evinə qayıt” – Miqrantlara təklif

Belarus vasitəsilə Litvaya daxil olan Asiya və Afrika ölkələrindən qanunsuz miqrantlar vətənlərinə qayıtdıqları üçün Litva hakimiyyətindən 300 avro məbləğində motivasiya ödənişi alacaqlar.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, Litva Daxili İşlər Nazirliyi Miqrasiya Departamentinin direktoru Evelina Qudzinskayte müavinətin təyyarəyə minməzdən əvvəl nağd şəkildə veriləcəyini bildirib.

Pulu alan şəxs bir daha Litvaya qayıtsa, müavinət ala bilməyəcək.

Yerli mətbuatın yadığına görə, Litva hakimiyyət orqanları tərəfindən təklif edilən ödənişlər qeyri-qanuni mühacirlərin Litvaya çatdırılması üçün qanunsuz miqrasiya təşkilatçılarına ödədikləri məbləğdən xeyli azdır. Məsələn, bir çox iraqlı mühacirət üçün 10.000 avro və daha çox xərcə düşür.

İlin əvvəlindən Litva-Belarus sərhədində 4 mindən çox qanunsuz miqrant saxlanılıb ki, bu da bütün 2020-ci illə müqayisədə 50 dəfə çoxdur.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …