Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Əsədin Putinlə görüşdə pərt olduğu an – VİDEO

Əsədin Putinlə görüşdə pərt olduğu an – VİDEO

Rusiya Prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı maraqlı görüntülər ortaya çıxıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Putin Xmeymim hərbi bazasında suriyalı həmkarı Bəşər Əsədlə təkbətək görüş keçirib.

Daha sonra Putin rusiyalı əsgərlərlə görüşə yollanıb. Əsəd ona yaxınlaşmaq, birlikdə getmək istəyib. Bu zaman rusiyalı hərbçi Suriya prezidentinin qolundan tutaraq, onun getməsinə icazə verməyib. Rusiya hərbçisinin bu hərəkətindən pərt olan Əsəd yerində dayanıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …