Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Ərdoğandan sərt referendum açıqlaması – “Bir gecə anidən gələrik”

Ərdoğandan sərt referendum açıqlaması – “Bir gecə anidən gələrik”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali İraqda müstəqillik uğrunda keçirilən referenduma sərt reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan referendumun qeyri-qanuni olduğunu və nəticələrini tanımayacaqlarını bildirib:

“Şimali İraqdakı referendum ölkənin yaşadığı duruma nəzər salsaq görərik ki, fürsətçilik məqsədi daşıyan bir addımdır. Bölgə bir tayfanın yaşayış sahəsi deyil. Orada türkmən və ərəb qardaşlarımızın haqları var.

Bu referendumun nəticəsini yox kimi qəbul edirik və qeyri-qanuni hesab edirik. Bir halda ki, İraqın federal quruluşu da bunların keçirdiyi referendumu qəbul etmir. Konstitusiya məhkəmələri də bunu açıqladı.

Biz bütün addımları atırıq ,atacağıq da. Boş yerə silahlı qüvvələrimiz orada deyil. Giriş-çıxışlarda lazımi addımlar atılır. Nefti hara axıdacaqlar? Klapan bizdədir. Onu da bağlasaq iş bitdi. Güzəşt yoxdur.

İraq Kürd Regional Hökuməti bu addımdan geri çəkilməlidir. Suriyada daha bir terror dövlətinin qurulmasına izn verməyəcəyik. Onlar üçün quru bir yuxudur. Dedim axı, bir gecə anidən gələ bilərik”.

 

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …