Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Ərdoğan Kaşoqinin qatillərinin yerini açıqladı

Ərdoğan Kaşoqinin qatillərinin yerini açıqladı

Səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin qatilləri Səudiyyə Ərəbistanındadır.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Paris səfəri öncəsi hava limanında jurnalistlərə açıqlamasında deyib.
“Bu işin qatilləri kəsinliklə Səudiyyə Ərəbistanında həbs olunan 15 və ya 18 nəfərin arasındadır. Qatilləri başqa yerdə axtarmağa ehtiyac yoxdur. Onlar kəsinliklə həmin 15 nəfərin içərisində jurnalistin qatili və ya qatilləri kimdir bilirlər və Səudiyyə Ərəbistanı rəhbərliyi bu 15 nəfəri dindirmək yolu ilə qatili ortaya çıxara bilər”, – deyə Ərdoğan vurğulayıb.

O, həmçinin bildirib ki, Parisə səfəri çərçivəsində fürsət olarsa, ABŞ prezidenti Donald Trampla görüşəcək.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, orada bir neçə nəfər arasında münaqişə yaranıb və dava jurnalistin ölümünə səbəb olub. Qətldə şübhəli bilinən 18 nəfər istintaqa cəlb olunub.(Azvision.az)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …