Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
İclasda 100-dən artıq müraciətə baxılıb, onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.
Qeyd edək ki, ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.