Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Ürək və damarların təbii dərmanını yaxından tanıyın

Ürək və damarların təbii dərmanını yaxından tanıyın

Tərxun (estraqon) bir çox faydalı xüsusiyyətlərlə zəngindir. Tərxunun ürək və damarların sağlamlığı üçün mühüm faydaları ilə tanış olun.

Tərxun C və P vitaminlərlə zəngindir. C vitamini tərxunda az qala sitrus meyvələrində olduğu qədərdir.

Digər faydalı xüsusiyyətlərlə yanaşı C vitamini damarların sağlamlığı üçün ən vacib olan vitamindir. C vitamini damarları möhkəmləndirir, onların elastikliyini artırır. Bu isə ürək-damar sisteminin sağlamlığı üçün ən vacib amillərdən biridir.

P vitamini (rutin) isə kapilyarların divarlarını möhkəmləndirir, damarların keçiciliyini zaldır, damarlarda sklerotik dəyişikliklərin qarşısını alır, damarları genişləndirir, təzyiqi normallaşdırır, qan dövranını yaxşılaşdırır, varikoz xəstəliyinin inkişafının qarşısını alır.

P vitamini C vitamininin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırır.

Beləliklə, bu 2 vacib vitaminə görə tərxunu ürək-damar sistemi üçün ən faydalı məhsullardan biri hesab etmək olar. (Sağlamolun.az)

Həmçinin oxuyun

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda ehtiyatlı olun!

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı …