Ana səhifə / Cəmiyyət / Tbilisidə azərbaycanlılarla polis arasında toqquşma oldu

Tbilisidə azərbaycanlılarla polis arasında toqquşma oldu

Tbilisi yaxınlığında yerləşən Kvemo Poniçala qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 şəxs saxlanılıb.

Saxlanılanlar 1 qadın və onun 2 oğlu olmaqla Ələskərovlar ailəsinin üzvləridir.

Ələskərovlara məxsus avtomobildə narkotik vasitələrin olduğu bir neçə bağlama aşkar olunub.

Qonşuların sözlərinə görə, qadın küçədə, oğulları isə evdə bir neçə saat axtarışdan sonra saxlanılıblar. Qəsəbə sakinləri və xüsusi təyinatlı polis əməkdaşları arasında kiçik qarşıdurma yaranıb. Qonşular polis maşınlarının hərəkətinə mane olmaq məqsədilə yolu bağlamağa cəhd ediblər.

Gürcüstan Daxili İşlər Nazirliyi xüsusi əməliyyatın detalları barədə hələlik məlumat vermir.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. (Report)

Həmçinin oxuyun

Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Öncə qeyd etməliyəm ki, mən kapitalizmi əxlaqi ictimai , iqtisadi formasiya hesab etmirəm. Görkəmli alman …