Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Cəmiyyət / “Şərq” bazarının taleyi ilə bağlı rəsmi açıqlama: Söküləcək?

“Şərq” bazarının taleyi ilə bağlı rəsmi açıqlama: Söküləcək?

Sosial şəbəkələrə “Şərq” bazarın sökülməsi ilə bağlı məlumatlar yayılıb.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov lent.az-a açıqlama verərək məsələyə aydınlıq gətirib.
Ş.İbadov bildirib ki, bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və tam sökülməyəcək: “Şərq Bazarı artıq 5-6 aydır fəaliyyətini dayandırıb. O bina tarixi memarlıq nümunəsidir, bu səbəbdən də sökülə bilməz. Onun içərisindəki konstruksiyalar bərbad vəziyyətə salınıb. Bazarın içərində hərə bir arakəsmə, taxta ilə özünə bir obyekt düzəltmişdi. İndi həmin artıq şeylərin hamısı söküləcək. Ora gözəl bir tarixi memarlıq əsəri kimi başqa təyinatla istifadə olunacaq”.
RİH başçısının birinci müavini əlavə edib ki, hazırda “Şərq” bazırının daxilində təmir işləri aparılır: “Binanın əhatəsi bağlanıb və təxminən 6 aydan sonra “Şərq” bazarında işlər yekunlaşacaq. Təmir bitəndən sonra ətrafı gül-çiçəkli olan memarlıq abidəsi görünəcək”.

Həmçinin oxuyun

ADNA terrorundan 15 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – red.) törədilən terror …