Ana səhifə / Cəmiyyət / NEMƏT PƏNAHLI XALQA MÜRACİƏT ETDİ: “Hamını dövlətin yanında olmağa çağırıram”

NEMƏT PƏNAHLI XALQA MÜRACİƏT ETDİ: “Hamını dövlətin yanında olmağa çağırıram”

Bir neçə gün öncə məhbəsdən azadlığa biraxılan MDP sədri Nemət Pənanlı bu dəqiqələrdə Azərbaycan xalqına müraciət edib. Azinforum.az-a daxil olan müraciətdə deyilir:
“Ötən gün ərzində və bu satların özündə də cəbhə bölgələrində vəziyyət gərgin olaraq qalır və görünəni odur ki, irimiqyaslı döyüş əməliyyatları həyata keçirilir. Olduğca ziddiyyətli xəbərlər gəlməkdədir və tərəflərin ciddi itkilər verdiyi, durumun hələ də sabitləşmədiyi bildirilir. Belə gərgin bir vəziyyətdə bütün tərəfdarlarıma səslənir, hakimiyyətə münasibətindən və siyasi mövqeyindən asılı olmayaraq, fəaliyyətdə olana bütün ictimai-siyasi təşkilatlara və bütövlükdə Azərbaycan xalqına müraciət edərək, hamını dövlətin yanında olmağa, ordumuza mənəvi və maddi dəstəyini əsirgəməməyə çağırıram.
Allahdan şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa, ordumuza zəfərlər diləyirəm. Azərbaycan çoxdan haqq etdiyi qələbəni, xalqımız isə təşnə olduğu qələbə sevincini, yalnız və yalnız millətlə dövlətin vəhdət halında qazanacaq və bu günlərdə həmin vəhdət sınağa çəkilməkdədir. Dövlətimizə də, xalqımıza da bi sınaqdan üzü ağ çıxmağı diləyir və bir daha hamını dövlətin yanında olmağa çağırıram”.

Həmçinin oxuyun

Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı – VİDEO

“Təhsil naziri olduğum dövrdə qohumlarım arasında vəzifəyə təyin etdiyim insanlar olub”. Bunu Baku TV-yə açıqlamasında …

Bir cavab yazın