Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəmiyyət / “Mediaya tibbi dəstək” – “Azərbaycan – İsrail” Beynəlxalq Tibb Mərkəzindən yeni kampaniya

“Mediaya tibbi dəstək” – “Azərbaycan – İsrail” Beynəlxalq Tibb Mərkəzindən yeni kampaniya

“Azərbaycan – İsrail” Beynəlxalq Tibb Mərkəzi 09.01.2016-cı il saat 11-00-dan başlayaraq “Mediaya tibbi dəstək” adlı xeyriyyə aksiyasına start verir.

Aksiyaya korporativ dəvət əsasında təşrif buyuracaq media nümayəndələrinin tam  və pulsuz tibbi müayinəsi həyata keçiriləcək.

Xeyriyyə aksiyası çərçivəsində klinika rəhbərliyi ilə tədbirdə iştirak edəcək jurnalistlərin yaxından tanışlığı və fikir mübadiləsi üçün də şərait yaradılacaq. Həmçinin media nümayəndələrində ortaya çıxacaq hər hansı bir xəstəliyin müalicəsi üçün də, klinika tərəfindən lazımı məsləhətlər veriləcək və köməklik göstəriləcək.

“Mediaya tibbi dəstək” xeyriyyə aksiyasına təşkilati və informasiya dəstəyini “Azinforum.az” saytı verir.

Həmçinin oxuyun

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Ehtiyatlar Agentliyi “Karat Holdinq” şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb.  Qaynarinfo xəbər verir …

Bir cavab yazın