Ana səhifə / Cəmiyyət / Keçmiş icra başçısının karantin rejimi — İdman edir, saz çalır (FOTOLAR)

Keçmiş icra başçısının karantin rejimi — İdman edir, saz çalır (FOTOLAR)

Keçmiş icra başçısı, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev koronavirus pandemiyasına qarşı müabrizə çərçivəsində “EvdəQal” kampaniyasına qoşulub. 


60 yaşlı YAP-çı bununla bağlı maraqlı fotolar və qeyd paylaşıb: 


“Axşamınız xeyir olsun səmimi və hörmətli dostlar! Ekologiya nazirliyi deyir ki, evde qal, təbiəti seyr et! İdman və Gənclər Nazirliyi də deyir ki , evdə qal, idmansız qalma! Mədəniyyət Nazirliyi də deyir ki, evdə qal, ancaq musiqisiz qalma! Bizim də borcumuz əməl etməkdir!


Ay duman gel, get bu dağlardan ,


Durna gözlü bulaqlardan.


Eşitmişəm babalardan,


Pis günün ömrü az olur, az olur!”,(Yenisabah.az)

Həmçinin oxuyun

Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Öncə qeyd etməliyəm ki, mən kapitalizmi əxlaqi ictimai , iqtisadi formasiya hesab etmirəm. Görkəmli alman …