Bazar ertəsi , May 6 2024
Ana səhifə / Cəmiyyət / İlham Əliyevin 80-ci illərdə sürdüyü maşın – Foto

İlham Əliyevin 80-ci illərdə sürdüyü maşın – Foto

Azərbaycan prezidentinin 1980-ci ildə sürdüyü avtomobilin fotosu yayılıb.

Azinforum.az-ın baku.ws-ə istinadən məlumatına görə, Lipetskdə yerləşən “Qaliçya qora” qoruğunda 1975-ci il istehsallı “Ford Qrenada” avtomobili var. Qoruğun əməkdaşları deyirlər ki, bu avtomobili vaxtında Azərbaycanın indiki prezidenti İlham Əliyev idarə edib.

Sözügedən avtomobili Kanada nümayəndə heyəti 1980-ci Olimpiadasında Moskvaya gətirib. Avtomobili Azərbaycan mərhum prezidenti Heydər Əliyev alıb. İlham Əliyev bu avtomobildə o zaman xeyli vaxt keçirib.

1980-ci illərin ortalarında qoruğun direktoru, qeyri-adi avtomobillərin böyük həvəskarı idi və “Ford Qrenada”nı öz maşınlarından biri ilə dəyişib. Sonra avtomobilin mühərriki və ötürmə qutusu sıradan çıxıb. O vaxtdan maşın qoruqda talvarın yanında dayanır.

İlham Əliyevin 80-ci illərdə sürdüyü maşın -  Foto

 

Həmçinin oxuyun

Rasim Balayev: “Səriştəsi, ustalığı olmayan adamlar film çəkirlər”

“Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır. Məncə, …

Bir cavab yazın