Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Dili olmayan övladı üçün göz yaşı tökən qazi – VİDEO

Dili olmayan övladı üçün göz yaşı tökən qazi – VİDEO

ATV-nin “Bizimləsən” proqramına üz tutan ailə övladı üçün yardım istəyib.

Milli.Az xəbər verir ki, anadangəlmə dil qüsuru olan Ayxanın valideynləri efirdə övladları üçün yardım istəyiblər. 44 günlük Qarabağ müharibəsinin qazi olan ata, oğlu haqqında danışarkən göz yaşına boğulub.

Ayxanın anası isə, övladından eşitdiyi sözləri danışaraq kövrəlib.

“Övladımın anadangəlmə dili yoxdur. Danışmağında qüsur var, normal danışa bilmir, yemək yeyə bilmir. Ana bətnində olarkən həkimin verdiyi səhv dərmana görə, övladım inkişafdan qalıb.

Bir gün küçədə uşaqlarla oynayan zaman, ağlayaraq gəldi. Dedim Ayxan niyə gəldin? Dedi ki, heçnə, getmirəm! Uşaqlar məndən qorxur. Mənə deyirlər ki, sənin dilin yoxdur. Çox pis oldum. Təsəvvür edin ki, bu bir ana üçün nə deməkdir!”

https://daytube.az/az/embed/129741

Həmçinin oxuyun

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda ehtiyatlı olun!

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı …