Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəmiyyət / Çekistlər yenidən veloyürüşə çıxdılar – FOTO

Çekistlər yenidən veloyürüşə çıxdılar – FOTO

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyidir.

Azinforum.az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinə istinadən bildirir ki, Heydər Əliyevin 23 mart 1997-ci il tarixdə imzaladığı sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Peşə bayramı ərəfəsində DTX-nin nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə Bakıda veloyürüş keçirilib. Veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

DTX-nin inzibati binasının önündən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan velosipedçilər 12 kilometr məsafə qət ediblər.

Qeyd edək ki, DTX-nin nəzdindəki Velosiped İdman Klubu Xidmətin əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan kütləvi maraq nəzərə alınaraq, 2017-ci il dekabrın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilib.

Həmçinin oxuyun

Həcc ziyarəti bu tarixdə başlayır

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə “Report”un sorğusuna …