Ana səhifə / Cəmiyyət / Bu kəndə gedən bir də qayıtmaq istəmir – FOTOLAR

Bu kəndə gedən bir də qayıtmaq istəmir – FOTOLAR

Turistlər bu kəndi nağıllar aləminə bənzətdiklərini deyirlər

Çinin Şenqsi arxipelaqı, Yantsızı çayının mənbəyində yerləşən 400-dən artıq çox kiçik adacıqlardan ibarətdir. O adaların içərisində biri var ki, öz qeyri-adiliyinə görə digərlərindən fərqlənir. Qouqi adlanan bu kiçik ada keçmişdə balıqçıların mövsüm vaxtı istifadə etdikləri məskən olub. Vaxtilə burada salınan və üzəri yaşıllıqlarla örtülü olan evlər görənlərə həm dinclik hissi verir, həm də onları heyrətləndirir.

Balıqçılar Qouqi adasında yerləşən kəndi çoxdan tərk etsələr də, indi onların yerini turistlər tutub. Özü də tək mövsüm vaxtı yox, bütün il boyu. Turistlər bu kəndi nağıllar aləminə bənzətdiklərini deyirlər. Adaya gələn adam təbiətin gözəlliyini görəndən sonra geri qayıtmaq belə istəmir.

  • Çinin Qouqi adasında yerləşən atılmış kənd Çinin Qouqi adasında yerləşən atılmış kənd Çinin Qouqi adasında yerləşən atılmış kənd Çinin Qouqi adasında yerləşən atılmış kənd Çinin Qouqi adasında yerləşən atılmış kənd Çinin Qouqi adasında yerləşən atılmış kənd Çinin Qouqi adasında yerləşən atılmış kənd Çinin Qouqi adasında yerləşən atılmış kənd Çinin Qouqi adasında yerləşən atılmış kənd Çinin Qouqi adasında yerləşən atılmış kənd
  • Çinin Qouqi adasında yerləşən atılmış kənd
  • Sputnik

Həmçinin oxuyun

Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Öncə qeyd etməliyəm ki, mən kapitalizmi əxlaqi ictimai , iqtisadi formasiya hesab etmirəm. Görkəmli alman …