Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda “Əməkdar” Fəxri adı alanların sayı kəskin artıb

Azərbaycanda “Əməkdar” Fəxri adı alanların sayı kəskin artıb

Son bir ildə Azərbaycanda təqaüd alan “Əməkdar” Fəxri adı daşıyanların sayı kəskin artıb, “Xalq” Fəxri adı daşıyanların sayı isə dəyişməz qalıb.

Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir ildə “Əməkdar” Fəxri adı daşıyanların sayı 46% və ya 1 387 nəfər artıb.

Bu ilin iyul ayının əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 266 nəfər “Xalq”, 4 415 nəfər  isə “Əməkdar” Fəxri adına görə təqaüd alır.

Onu da bildirək ki, “Xalq” və “Əməkdar” Fəxri adı daşıyan şəxslərə verilən təqaüdün məbləği son bir ildə dəyişməyib. “Xalq” Fəxri adı daşıyanlara ayda 150 manat, “Əməkdar” Fəxri adı daşıyanlara isə ayda 100 manat təqaüd verilib.

Həmçinin oxuyun

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda ehtiyatlı olun!

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı …