Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda daha bir yüksək vəzifəyə təyinat oldu

Azərbaycanda daha bir yüksək vəzifəyə təyinat oldu

Sadiq Ərzuman oğlu Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub.
Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli əmr imzalayıb.
S. Məmmədov 1970-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsilini 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində həkim-kardioloq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1997-ci ildə Salyan rayon Mərkəzi xəstəxanasının rayonlararası kardioloji dispanserində həkim-kardioloq kimi başlayıb. 2003-2009-cu illərdə “Asfarma” MMC-də müxtəlif vəzifələrdə çalışıb.
2010-2013-cü illərdə əvvəlcə “Farmservis” MMC-də, daha sonra isə “YurAz Farmasyutikl İndastriz” MMC-də marketinq üzrə menecer vəzifəsində işləyib. 2013-2014-cü illərdə “Avromed” özəl tibb mərkəzində filial direktoru vəzifəsini icra edib.
S. Məmmədovun sonuncu iş yeri Suraxanı Tibbi Bərpa Mərkəzi olub. Məmmədov 2014-2015-ci illərdə həmin mərkəzdə baş həkim, daha sonra isə direktor vəzifələrini icra edib.

Həmçinin oxuyun

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda ehtiyatlı olun!

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı …