Ana səhifə / Cəmiyyət / Araz Əlizadə xəstəxanaya yerləşdirilib

Araz Əlizadə xəstəxanaya yerləşdirilib

Milli Məclisin deputatı Araz Əlizadə xəstəxanada müalicə olunur.

APA-nın əldə etdiyi məlumata görə, Araz Əlizadə böyrək çatışmazlığı diaqnozu ilə bir neçə gün öncə “Caspian International Hospital”a yerləşdirilib.

Deputatın müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Məlumatı “Caspian International Hospital”dan APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, Araz Əlizadə həm də Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir.

Həmçinin oxuyun

Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı – VİDEO

“Təhsil naziri olduğum dövrdə qohumlarım arasında vəzifəyə təyin etdiyim insanlar olub”. Bunu Baku TV-yə açıqlamasında …