Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial (səhifə 636)

Sosial

Bakıda yağış və sulu qar gözlənilir – PROQNOZ

Fevralın 17-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcəyi təxmin edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron və Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti proqnozlaşdırılır. Fevraln 17-də Azərbaycanın rayonlarında da …

Ətraflı oxu »

Bakıda nə qədər işsiz var? – Açıqlama

2018-ci il ərzində Bakıdakı məşğulluq xidməti orqanlarının işsiz statusu verdiyi şəxslərin və işsizlikdən sığorta ödənişi alanların sayı açıqlanıb. Azinforum.az bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir. Məlumata görə, ötən il paytaxtda 9 243 nəfərə işsiz statusu verilib ki, bunun da 3 703 nəfərini qadınlar təşkil …

Ətraflı oxu »

Sumqayıtda yanğın olub: 30 nəfər təxliyə edilib

Sumqayıt şəhərində yanğın olub. FHN xəbər verir ki, orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 10 m² sahədə və bitişik digər binanın dam örtüyü 1 m² sahədə yanıb.  Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hər iki binanın qalan hissəsi yanğından mühafizə olunub. …

Ətraflı oxu »

İndiyədək 5144 vərəsəyə birdəfəlik ödəmə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü olaraq şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunması sahəsində işlər davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 200 şəhid hərbi qulluqçunun 318 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair …

Ətraflı oxu »

Xəbərdarlıq : 2 gün yağış, qar yağacaq

Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2-4°, gündüz 5-7° isti olacaq. …

Ətraflı oxu »

Bakıda səsli işıqforlar hansı küçələrdə quraşdırılacaq?

Görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş, xüsusi səs siqnalları ilə təchiz edilmiş işıqforlar Bakının əksər küçə və prospektlərində, əsasən, həmin insanların üz tutduğu sosial obyektlərin yerləşdiyi küçələrdə olacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. “Hazırda Bakıda görmə imkanları …

Ətraflı oxu »

Pensiyalar verilir – Artımla…

Ölkə üzrə pensiyaların verilməsinə başlanılıb. Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bir neçə gün ərzində pensiyaların bütün ölkə üzrə verilməsi tam təmin olunacaq: “Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi” ilə bağlı sərəncamına uyğun olaraq Dövlət Statistika Komitəsinin verdiyi məlumat əsasında aylıq nominal əmək haqqının …

Ətraflı oxu »

Azərbaycan çaylarında son durum…

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-90 faizini təşkil edir.Fevralın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım …

Ətraflı oxu »

Yaşayış binalarındakı iaşə obyektlərinin sahibləri qanunlara məhəl qoymur

Bakıda yaşayış binalarının zirzəmilərində, birinci mərtəbələrində, yaxud binaların həyətində iaşə, xidmət obyektlərinin, mağazaların yaradılması halları geniş yayılıb. Xüsusilə şəhərin mərkəzi hissəsində, metro stansiyaları yaxınlığında faktiki olaraq, zirzəmi və birinci mərtəbələri belə obyektlərin məskəni olmayan bina qalmayıb. Nəinki yeni tikilən binalar, həmçinin sovet dövründən inşa edilən binalarda da zirzəmi və birinci …

Ətraflı oxu »

Buzovnada psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 15-də paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi 1974-cü ildə yaradılıb. 2018-ci ildən başlayaraq Heydər Əliyev …

Ətraflı oxu »