Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial (səhifə 640)

Sosial

Çörəyin bahalaşmasının qarşısını necə almaq olar?

Xəbər verdiyimiz kimi, Azərbaycanda un və ondan hazırlanan şirniyyat məhsullarının qiyməti artıb.  “Qafqazinfo” xəbər verir ki, 2018-ci ilin sonundan başlayaraq, 3-4 qəpik artan un qiymətləri 2019-cu ilin əvvəlindən etibarən 10 faizədək bahalaşıb. Ekspertlər bunu qonşu ölkələrdə buğdanın qiymətinin qalxması ilə əlaqələndirirlər.  İqtisadçı Natiq Cəfərli təklif edir ki, bahalaşmanın qarşısını almaq …

Ətraflı oxu »

Avtobus sürücüsü sükan arxasında siqaret çəkir, telefonla danışır -Bakı-Gəncə avtobusu – VİDEO

Yanvarın 1-dən etibarən tütün məmulatlarından istifadəni məhdudlaşdıran qanun qüvvəyə minib. Bununla da bir sıra məkanlarda, həmçinin ictimai nəqliyyatda siqaret çəkmək qadağan edilib. Lakin qanunun tətbiq edilməyinə və sərnişinlərin etirazlarına baxmayaraq, avtobus sürücüləri hələ də sükan arxasında siqaret çəkirlər. Xezerxeber.az-ın məlumatına görə, sərnişinlərdən birinin Bakı-Gəncə avtobusunda çəkdiyi görüntülər də problemin hələ …

Ətraflı oxu »

Güclü külək olacaq – Nazirlikdən XƏBƏRDARLIQ

Azərbaycanda küləkli hava ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 15-i gündüz və 16-da arabir güclənən cənub-qərb küləyi əsəcək. Azərbaycanın rayonlarında yanvarın 15-16-da bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Ətraflı oxu »

Martdan paytaxtın bəzi mağazalarında torbalar pullu olacaq

İri mağazalarda sellofan torbalar nə zaman yığışdırılır? Azərbaycanda bir müddətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qablar və polietilen torbalardan tədricən imtina edilməsi istiqamətində işlər aparır.  Bütün bu işlərin fonunda mağazalarda müştərilərə pulsuz  verilən sellofan torbaların da bu ildən  etibarən pullu olacağı söylənilir. Səbəb kimi göstərilir ki, əgər həmin …

Ətraflı oxu »

Yanvarın 21-i qeyri-iş günüdür?

Azərbaycanda 20 Yanvar – Ümumxalq Hüzn Gününün bu il həftənin bazar gününə təsadüf etməsi yanvarın 21-də iş gününün olub-olmayacağını gündəmə gətirib. Axar.az xəbər verir ki, yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir. Lakin Əmək Məcəlləsinə əsasən, istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə …

Ətraflı oxu »

Bakıda 10 manata çörək satılır

Paytaxtın bəzi marketlərində 10 manata çörək satıldığı məlum olub. Xezerxeber.az-ın məlumatına görə, adi çörək 40-50 qəpiyə, bu çörəklər isə təxminən 10 manata satılır. Söhbət Bakıda bəzi supermarketlərdə satılan “qlütensiz çörək”dən gedir. Belə çörəklər müştərilərə 8-10 manat arasında qiymətə təklif edilir. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu çörəyi baha edən …

Ətraflı oxu »

Kəndlini məhsulsuz qoyan doludan necə qorunmaq olar? – ŞƏRH

Mövsümdən və hava şəraitindən asılı olaraq müxtəlif təbiət hadisələri baş verir. Bəzən də bu təbiət hadisələri sözün əsl mənasında təbii fəlakətə çevrilir, ictimai həyatın bütün sahələrinə böyük zərər verir.Təbiət hadisələrinin daha çox zərər vurduğu sahələrdən biri də kənd təsərrüfatıdır.Xüsusən də, yaz və yay aylarında güclü yağışlar, dolu kənd təsərrüfatına, əkin …

Ətraflı oxu »

Uşaq əməyini istismar edənləri hansı cəza gözləyir – ŞƏRH

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu ilin doqquz ayında dilənən 973 azyaşlı məntəqəyə gətirilib. Bəzən belə uşaqlar valideyn himayəsindən məhrum qalan uşaqlar olsa da, aralarında ata-anası tərəfindən dilənməyə məcbur edilənlər də az deyil. Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a deyir ki, azyaşlı övladının əməyindən yararlanan, onu …

Ətraflı oxu »

Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir (SƏBƏB)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin Azərbaycanda tənha insanların sayının artmasına və boşanmaların çoxalmasına təsir etməsindən narahatdır.   Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənir.BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və …

Ətraflı oxu »

Həftənin ilk günü hava necə olacaq? – PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gecə …

Ətraflı oxu »