Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakıda yağış və sulu qar gözlənilir – PROQNOZ

Bakıda yağış və sulu qar gözlənilir – PROQNOZ

Fevralın 17-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcəyi təxmin edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron və Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti proqnozlaşdırılır.

Fevraln 17-də Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 0-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək Bakı və Abşeron yarımadasında havanın dəyişəcəyi, yağıntılı olacağı, yağıntının sulu qara keçəcəyi gözlənir.

Şimal küləyinin15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi təxmin edilir. Havanın temperaturunun 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enəcəyi, gün ərzində 2 dərəcəyə yaxın isti olacağı proqnozlşadırılır.

Fevralın 18-i axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal edilir. Havanın temperaturunun 19-da ötən günlə müqayisədə 5-7 dərəcə aşağı enəcəyi gözlənir.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …