Ana səhifə / Sosial (səhifə 612)

Sosial

Rusiyada çalışan azərbaycanlı miqrantların pensiya ilə təmin olunması üşün işlər aparılır

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində Müqavilə” layihəsinin hazırlanması işləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, məqsəd Rusiyada əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcəkdə pensiya və sosial sığortalanma üzrə hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılmasıdır. …

Ətraflı oxu »

Bu il baş verən fövqəladə hadisələrdə 75 nəfər ölüb

2019-cu ilin I rübü ərzində respublika ərazisində 2040 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin I rübü ilə müqayisədə 552 hadisə və ya 37% çoxdur. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 38 nəfər ölüb, 76 nəfər xəsarət …

Ətraflı oxu »

Kənd həkimləri kommunal xərclərdən azad oluna bilər

“Rayonlarda, ucqar kəndlərdə həkimlərin işləməsi üçün stimullaşdırıcı tədbirlərin tətbiq olunması ilə bağlı yenidən məsələ qaldırılıb”. Bu barədə Azvision.az -a açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Nazir müavini deyib ki, stimullaşdırıcı tədbirlər ucqar kəndlərdə, rayonlarda həkimlərin işləməsi üçün vacibdir.  “Bölgələrdə işləyən həkimlərə stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Bundan …

Ətraflı oxu »

Naxçıvanda 3 ayda bir nəfər yol qəzasında ölüb

2019-cu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, bəhs edilən müddət ərzində yol-nəqliyyat hadisələrinin sayının xeyli azalması həyata keçirilən profilaktik tədbirlər hesabına mümkün olub. Cari ilin ilk …

Ətraflı oxu »

Körpəsi olan valideynlərə çağırış: “O qidaların nə ucuzuna aldanın, nə də bahasına”

Azərbaycanda “Malyutka-2” əmtəə nişanlı uşaq qidasının içindən yad cisim aşkarlanması “ana südü, yoxsa süni uşaq qidası” mövzusunun bir müzakirəyə çıxmasına səbəb oldu. Bəzi vətəndaşların iddiasına görə, bahalı uşaq qidaları ucuz uşaq qidalarına nisbətən keyfiyyətlidir. Maraqlıdır, həqiqətən də bahalı qidalar ana südünü əvəz edəcək qədər keyfiyyətlidirmi? Sputnik Azərbaycan-ın əməkdaşı bu sual …

Ətraflı oxu »

Yüzlərlə xəstəxana Səhiyyə Nazirliyindən alınır (VİDEO)

Yüzlərlə səhiyyə müəssisəsi nazirliyin tabeliyindən çıxarılaraq TƏBİB publik hüquqi şəxsin sərəncamına veriləcək. Prosesə tam şəkildə gələn il yanvarin 1-dən başlanılacaq. İcbari Tibbi Sığorta Agentliyi yeni təsisatın fəaliyyət xüsusiyyətlərini açıqlayıb. Səhiyyə Nazirliyinin tabeliyində qalacaq müəssisələr də artıq bəllidir. Bir sıra səhiyyə müəssisələrinin TƏBİB publik hüquqi şəxsə verilməsindən sonra Səhiyyə Nazirliyinin tabeliyində …

Ətraflı oxu »

Birinci gündən kompensasiyalar verilir

Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb. “Qafqazinfo” xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək …

Ətraflı oxu »

Müharibə əlili yataq xəstəsinə çevrilib: iki azyaşlı övladının gözü önündə dəhşətli ağrılar çəkir- FOTOLAR

Müharibə əlili olan qardaşı Rövşən Məmmədovun səhhətinin ağırlaşması ilə bağlı sosial şəbəkədə fəryad edən Cəmilə Məmmədovanın səsinə musavat.com olaraq, biz də səs verdik. Belə ki, 1995-ci ildə hərbi xidmətə çağırılan, Naxçıvan şəhərində N saylı hərbi hissədə xidmət edərkən 1997-ci ildə düşmənin açdığı atəş nəticəsində ağır yaralanan Rövşən Məmmədovun vəziyyəti kritik …

Ətraflı oxu »

Əhalinin qaz və işıq problemləri ilə bağlı İşçi Qrupu yaradıldı

Vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. “Qafqazinfo”ya daxil olan məlumata görə, Energetika naziri Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu …

Ətraflı oxu »

“Azərbaycanda pensiya və əməkhaqqı yenə artırılacaq” – İlham Əliyev

“Ölkədə minumum əməkhaqqının və minumum pensiyanın təxminən 40 faiz qaldırılması önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz”  “Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkı ilə tanış olarkən sakinlərlə söhbətində …

Ətraflı oxu »