Ana səhifə / Sosial / Bu il baş verən fövqəladə hadisələrdə 75 nəfər ölüb

Bu il baş verən fövqəladə hadisələrdə 75 nəfər ölüb

2019-cu ilin I rübü ərzində respublika ərazisində 2040 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin I rübü ilə müqayisədə 552 hadisə və ya 37% çoxdur.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 38 nəfər ölüb, 76 nəfər xəsarət alıb. FHN xilasediciləri tərəfindən 35 nəfər xilas edilib, 611 nəfər təxliyə olunub.

Statistikaya görə, 2019-cu ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1965 çıxış edilib. Yanğın hadisələri zamanı 29 nəfər ölüb, 49 nəfər xəsarət alıb. Bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 14 nəfər və ya 33% azdır. Xəsarət alanlar üzrə 18 nəfər və ya 58% çoxdur. Yanğınların söndürülməsi zamanı 33 nəfər xilas edilib, 478 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. 

Həmçinin, bu ilin I rübü ərzində respublika ərazisində 23 partlayış hadisəsi baş verib ki, bu da 2018-ci ilin I rübü ilə müqayisədə 2 hadisə və ya 10% çoxdur. Partlayışlar zamanı 8 nəfər ölüb, 27 nəfər xəsarət alıb. 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …