Ana səhifə / Sosial / Müharibə əlili yataq xəstəsinə çevrilib: iki azyaşlı övladının gözü önündə dəhşətli ağrılar çəkir- FOTOLAR

Müharibə əlili yataq xəstəsinə çevrilib: iki azyaşlı övladının gözü önündə dəhşətli ağrılar çəkir- FOTOLAR

Müharibə əlili olan qardaşı Rövşən Məmmədovun səhhətinin ağırlaşması ilə bağlı sosial şəbəkədə fəryad edən Cəmilə Məmmədovanın səsinə musavat.com olaraq, biz də səs verdik.

Belə ki, 1995-ci ildə hərbi xidmətə çağırılan, Naxçıvan şəhərində N saylı hərbi hissədə xidmət edərkən 1997-ci ildə düşmənin açdığı atəş nəticəsində ağır yaralanan Rövşən Məmmədovun vəziyyəti kritik həddə çatıb. 22 il öncə snayper gülləsi ilə başından  yaralanan Rövşən Məmmədov ağır kəllə-beyin travması alıb, zərbənin təsiri ilə metrlərlə dərinliyi olan xəndəyə yıxılıb. Çox ağır vəziyyətdə Naxçıvanda hərbi hospitalda yatıb. Sonra aylarla evdə müalicə olunub. Vətən uğrunda sağlamlığını qurban verən qazimiz I qrup əlil olaraq həyatına davam etmək məcburiyyətində qalıb. Ötən müddət ərzində dəhşətli ağrılar əziyyət çəkib. bir ayağı tamamilə fəaliyyətdən qalıb, yerimək qabiliyyətini itirib.  Uzun illər atasının, qohum-əqrəbanın imkanları hesabına müalicə alsa da, artıq bu imkanlar da tükənib. Müalicəsi dayanan R.Məmmədov yataqdan qalxa bilməyəcək vəziyyətə gəlib.

Bacısı Cəmilə Məmmədova muisavat.com-a danışarkən dedi ki, müalicə xərcləri üçün heç vaxt hökumətə müraciət etməyiblər, ancaq artıq imkanları tükənib: “Dərmanlar və tibbi xidmət də çox bahadır. Ona görə də, hökumətə müraciət edirik ki, bizə kömək etsinlər. İki azyaşlı uşağı var, biri 4-cü, digəri 3-cü sinif şagirdidir. Heç biri qazanc əldə edəcək yaşda deyil, həyat yoldaşı da evdar qadındır,  uşaqlarına və xəstə ərinə qulluq edir. Qardaşımın əlilliyə görə aldığı müavinə də onun müalicəsinə gedir, ailənin dolanışığı acınacaqlı vəziyyətdədir. O vaxtaşırı müalicə olunmalıdır, əməliyyata ehtiyacı var”.

2 (1).jpeg (153 KB)

43 yaşlı qazimiz Rövşən Məmmədov da musavat.com-a danışarkən bildirdi ki, artıq iki həftədir tam olaraq yataq şəraitindədir, ayağa qalxmaq imkanı belə yoxdur: “İki azyaşlı uşağım var. Özüm də yataq xəstəsiyəm, dəhşətli ağrılarım olur, sözlə ifadə ediləcək dərəcədə deyil. Dövlət bizim üçün çox şey edib,  əlilliyə görə pensiya və prezident təqaüdü alıram, ev verilib. Ancaq müalicələrimi həmişə ailəm öz üzərinə götürüb, daha çox da atam edib. Atam rəhmətə getdikdən sonra  vəziyyətimiz ağırlaşdı. Səhhətim daha da pisləşdi, yataq vəziyyətinə düşdüm. Həyat yoldaşım bizə baxır, iki uşağa qulluq edir, ona görə də, işləyə bilmir. Ailəmi ancaq əlillik pensiyası ilə dolandırıram. Hökumətdən yalnız müalicəm üçün kömək istəyirəm”.

2 (2).jpeg (179 KB)

Düşmən gülləsi ilə yaralanan qazimiz həmin günləri belə xatırlayır: “1995-ci ildə hərbi xidmətə çağırılmışam, Naxçıvan Muxtar Respublikasının Ordubad  rayonunda Kilit kəndində xidmət etmişəm. 1997-ci ildə düşmənin snayperdən açdığı atəşlə başımdan yaralanmışam. Ömürlük I qrup əliləm. Rəhmətlik atamın, qohum-əqrəbanın köməyi ilə müalicə almışam. 2017-ci ildə belimdə fəqərə arası disk yırtığı yarandı, ona görə əməliyyat olundum. Ağrılarım hər zaman olub, ancaq indi artıq pik həddədir, dözə bilmirəm. Xahiş edirəm ki, müalicəm üçün mənə yardım edilsin”.N

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …