Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət (səhifə 1374)

Siyasət

Aydın Əliyevin katibəsinin biznes imperiyası haqda – ŞOK MƏLUMAT

Teref.info Gömruk Komitəsi sədrinin və onu xanım köməkçisinin biznes imperiyası haqqında faktlar açıqlayıb: “Azərbaycanda iri ranqlı məmurların, nazirlərin korrupsiya əməlləri, biznes şəbəkələri haqda mətbuatda bir çox yazı yayımlanıb. Belə məmurlardan biri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və onun yaxın ətrafıdır. Daha sonra Teref.infoya məlumat verən mənbə gömrük generalı və …

Ətraflı oxu »

“On altı polis əməkdaşı xidmətdən xaric edilib” – Ramil Usubov

Bu gün Daxili İşlər Nazirliyində keçirilən kollegiyada nazir hesabat məruzəsi ilə çıxış edib. “Qafqazinfo”nun verdiyi xəbəər görə, nazir Ramil Usubov bildirib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən müxtəlif cinayətlər törətmiş 723 nəfər, o cümlədən axtarışda olan 86 təqsirləndirilən şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib, 27 minə yaxın inzibati xəta …

Ətraflı oxu »

“İki milyon yarım sürücü cərimələnib” – Nazir

Daxili işlər naziri Ramil Usubov bu gün keçirilən iclasda saxta pul, narkotika, insan alveri və yol hərəkəti qaydaları ilə bağlı hesabatı təqdim edib. Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, nazir bildirib ki, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 74 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 31 şəxsin …

Ətraflı oxu »

Bakıda univermaq çöküb, dağıntılar altında qalanlar var – FOTO

Bakıda univermaq çöküb. “Report”un məlumatına görə, hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib. Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb. Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir. Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb.  

Ətraflı oxu »

Ordumuz Onurdağ yüksəkliyini ermənilərdən geri aldı

Müdafiə Nazirliyi də təsdiqlədi Azərbaycan Müdafiə Nazirliyi “Odundağ” yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi xəbərini təsdiqləyib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin …

Ətraflı oxu »

Qarlı və şaxtalı hava şəraiti davam edəcək: Sürücülərə xəbərdarlıq edildi

Soyuq hava kütləsi yanvarın 25-dən başlayaraq ölkəmizə də qədəm qoyub. Yanvarın 26-dan başlayaraq, ölkə ərazisində yağış, sulu qar, qar yağıb.  Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 5-45, Lənkəran-Astara zonasında 2-27, Mərkəzi-Aran rayonlarında 2-20, Kiçik Qafqazda 4-11, Qazax-Gəncə zonasında 1-8, Naxçıvan MR-da 4-7 milli metr olub. Qar …

Ətraflı oxu »

25 mindən çox iş yeri bağlanıb – Səlim Müslümov

“Keçən ilin əvvəli ilə müqayisədə bu ilin əvvəlinə təəssüf ki, tikinti sektorunda 25 mindən çox iş yeri bağlanıb. Digər belə sahələr də var”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. S. Müslümov bildirib ki, dövlət başçısı həmin sahələrdə iş yerlərinin sürətlə bərpa olunması barədə göstərişlər verib: “İnfrastruktur …

Ətraflı oxu »

Şagirdi döyən müəlliməyə şiddətli töhmət verildi

“Xırdalan şəhəri 9 nömrəli orta məktəbdə şagirdi döyən ibtidai sinif müəlliməsi Sevda Rüstəmovaya şiddətli töhmət verilib”. Bu barədə Abşeron Rayon Təhsil Şöbəsi mətbuat xidmətinin rəhbəri Anar Nağıyev deyib. O qeyd edib ki, bu gün saat 12-də məktəbin Pedoqoji Şurasında keçirilən iclasda müəllimə Sevda Rüstəmovaya şiddət töhmət elan olunub, məktəb direktoru …

Ətraflı oxu »

Bakı rayonları işıqsız qaldı – Xətləri don vurub

Qarlı hava şəraiti ilə əlaqədar Bakının bir sıra yerlərində işıq problemi yaranıb. Maştağa və Suraxanı rayonu Əmircan qəsəbəsi sakinləri bununla əlaqədar “Qafqazinfo”ya müraciət ediblər. Maştağa sakinləri bildirir ki, bir sutkadır qaranlıqda qalıblar. Əmircan qəsəbəsində də eyni problem hökm sürür. Məsələ ilə bağlı “Azərışıq”dan “Qafqazinfo” ya bildiriblər ki, qarlı hava ilə …

Ətraflı oxu »

SOCAR dənizdəki bəzi işlərini dayandırdı

“Ölkə ərazisində şaxtalı hava şəraitinin soyuq və şaxtalı keçməsi ilə əlaqədar SOCAR bu gün dənizdəki bəzi işləri dayandırıb”. SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, mövcud qanunvericiliyə və əməyin təhlükəsizliyi normativlərinə əsasən, havaların soyuq və şaxtalı keçməsi ilə əlaqədar olaraq dənizdəki platforma və estakadalarda qazma …

Ətraflı oxu »