Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Bakı rayonları işıqsız qaldı – Xətləri don vurub

Bakı rayonları işıqsız qaldı – Xətləri don vurub

Qarlı hava şəraiti ilə əlaqədar Bakının bir sıra yerlərində işıq problemi yaranıb.

Maştağa və Suraxanı rayonu Əmircan qəsəbəsi sakinləri bununla əlaqədar “Qafqazinfo”ya müraciət ediblər. Maştağa sakinləri bildirir ki, bir sutkadır qaranlıqda qalıblar. Əmircan qəsəbəsində də eyni problem hökm sürür.

Məsələ ilə bağlı “Azərışıq”dan “Qafqazinfo” ya bildiriblər ki, qarlı hava ilə əlaqədar sözügedən yerlərdə xətləri don vurub. Hazırda dairəvi sistemin bərpa olunması istiqamətində işlər görülür. Saat 15:00-da işığın verilişi bərpa ediləcək.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın