Bazar ertəsi , May 20 2024
Ana səhifə / Siyasət (səhifə 839)

Siyasət

KXCP də prezident seçkisini boykot etdi

KXCP aprelin 11-də keçiriləcək Prezident seçkilərində iştirak etməyəcək. Strateq.az xəbər verir ki, bu barədə partiya sədrinin müavini Xəzər Teyyublu məlıumat verib. Onun sözlərinə görə, partiyanın Ali Məclisi prezident seçkisində iştirakdan imtina edərək, baykot qərarı verib. Xatırladaq ki, bundan əvvəl partiya sədri Mirmahmud Mirəlioğlunun seçkidə iştirak edəcəyi haqda açıqlamalar verilmişdi.

Ətraflı oxu »

Akif Nağı seçkilərə qatılacaq

Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisi və Ağsaqqallar Şurasının birgə iclası keçirilib. İclasda əvvəlcə təşkilati məsələlərə baxılıb, yeni seçilmiş rayon şöbə sədrləri Tofiq Sadıqov (Tovuz), Telman Qəhrəmanov (Ağstafa), Babək Sadıqov (Tərtər), Bəşir Hacıyevin (Xaçmaz) səlahiyyətləri təsdiq olunub, Məlahət Mürşüdlü, Vidadi Turablı, Rasim Hüseynov Ali Məclisə sərbəst üzv seçiliblər. …

Ətraflı oxu »

13 nəfər namizədliyini irəli sürüb – Məzahir Pənahovdan açıqlama+Siyahı

“Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. MSK sədri bildirib ki, indiyədək 13 nəfər namizədliyini irəli sürüb və onlardan 7-sinin namizədliyi siyasi partiyalardan, birinin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Daha 4 nəfər namizədliyi fərdi qaydada …

Ətraflı oxu »

Azay Quliyevdən prezidentin çağırışına dəstək

“Şuranın 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri Göyçə, Zəngəzur, İrəvanla bağlı olacaq” “QHT-lərə Dövlət Dəstəyi Şurasının tezliklə elan edəcəyi 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və öyrənilməsinə və təbliğinə həsr olunacaq”. Musavat.com xəbər verir ki, bunu tvitter hesabında QHT-lərə …

Ətraflı oxu »

Azərbaycanlılarla türklər Macarıstanda PKK tərəfdarları ilə üz-üzə gəldi – VİDEO

Macarıstandakı PKK tərəfdarları Türkiyə səfirliyinin qarşısına yığışaraq Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatına etiraz ediblər. Milli.az xəbər verir ki, Macarıstanda yaşayan türklər və azərbaycanlılar etiraz aksiyası keçirən PKK tərəfdarlarının cavabını layiqincə veriblər. Belə ki, səfirliyin qarşısına yığışan azərbaycanlılar türklərlə birlikdə “Şəhidlər ölməz, vətən bölünməz!”, “PKK terror təşkilatıdır!” şüarları səsləndiriblər. …

Ətraflı oxu »

Yaxın Şərqdə uduzan Amerika: İtirilən trilyonlar və xaos siyasəti – TƏHLİL

Soyuq müharibə başa çatdıqdan sonra Amerika Birləşmiş Ştatları dünyaya təkbaşına ağalıq etmək iddiasına düşdü. Dünyanın müxtəlif regionlarında həyata keçirdiyi tədbirlər və yeritdiyi siyasət yalnız bu məqsədə xidmət etməyə başladı. Soyuq müharibənin buxovlarından azad olmuş digər qərb dövlətləri də bu işdə ona yardım etməyə başladılar. Çünki onlar soyuq müharibədən və SSRİ …

Ətraflı oxu »

“AMİP-in seçkiyə qatılmamasının səbəbi odur ki…”

11 apreldə keçiriləcək prezident seçkisini boykot edən və seçkiyə qatılmayan siyasi qüvvələrə hakimiyyət düşərgəsindən ittihamlar irəli sürülür. Məsələn, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, həmin qüvvələr bir sıra xarici dairələrin göstərişi ilə hərəkət edirlər. Xaricdən onlara seçkiyə qatılmaq göstərişi gəlsə, qaça-qaça seçkiyə gedərlər. Seçkiyə qatılmayan müxalifət təşkilatlarından …

Ətraflı oxu »

Fazil Mustafa Araz Əlizadənin etnik bölücülüyünə cavab verdi

Deputat, ASDP sədri Araz Əlizadə mərhum prezident Əbülfəz Elçibəy və sabiq daxili işlər naziri İsgəndər Həmidovu kürd adlandırması bir məsələni yenidən aktuallaşdırıb: Belə ki, bəzilərinin  Azərbaycanda etnik mənsubiyyətinə görə insanları aşağılaması, ittiham etməsi ağrılı yerlərimizdən biridir. İnsanlar sevmədikləri, yaxud paxıllığını çəkdikləri birini gözdən salmaq, ləkələmək üçün düz və ya səhv …

Ətraflı oxu »

Müxalifət partiyasının sədrindən İran səfəri haqda maraqlı açıqlamalar

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev İran səfərindən qayıdıb. Əli Əliyev “Yeni Müsavat”ın səfərlə bağlı suallarını cavablandırıb. – İran səfəriniz necə keçdi? İrana bundan əvvəl getmişdinizmi? Səfərdə rəsmi dairələrlə görüşlər oldu? – Bu, İrana ilk səfərim idi. Səfər İran İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilmiş, İranın Azərbaycandakı …

Ətraflı oxu »

“Gültəkin Hacıbəylini millət vəkilliyindən sui istifadə edərək…” – QALMAQAL

Eyni cəbhədə fərqli mövqedə olan insanlar torpaq davasına görə ciddi müzakirələrə səbəb olublar. Bütöv Azərbaycan Xalq Xəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə ünvanladığı sərt torpaq ittihamları sosial şəbəkələrdə müzakirə edilib. BiG.AZ xəbər verir ki, hər iki şəxsin bir-birlərinə olan antipatiyası …

Ətraflı oxu »