Bazar ertəsi , May 13 2024
Ana səhifə / Siyasət (səhifə 841)

Siyasət

Saakaşvilinin karyerası bitdimi? – Şərh

“Mixail Saakaşvili güclü siyasətçidir, əsl mübarizdir, başı ilə divarı yarmağa hazırdır. Ancaq bütün bunlar da bir yerə qədər. Ukrayna hakimiyyəti onu məcburi Polşaya deportasiya etdikdən sonra sərhəddi elə qapadacaq ki, keçmiş səhvini təkrarlamasın və Gürcüstanın keçmiş prezidenti bir daha Ukraynaya ayaq basa bilməsin. Əlbəttə, Saakaşvili yenə cəhd edəcək, ancaq çətin …

Ətraflı oxu »

Naxçıvanda İran İslam İnqilabının ildönümü ilə bağlı rəsmi qəbul keçirilib – FOTO

Fevralın 12-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 39-cu ildönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib. Tədbirdə Azərbaycan Respublikasının və İran …

Ətraflı oxu »

Erməni KİV-ləri: “İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta evimizə daxil olacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı Ermənistanda ciddi narahatlığa səbəb olub. Azərbaycan dövlətinin başçısının dediyi “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır… İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir” sözləri işğalçı ölkənin mediasında fəal …

Ətraflı oxu »

Qüdrət Həsənquliyev prezident seçkilərində iştirak edəcək – Partiya sədri sənədlərini MSK-ya təqdim etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat  Qüdrət Həsənquliyev növbədənkənar prezident seçkilərində iştirak edəcək. Partiyadan Mia.az-a verilən məlumata görə, deputatın artıq prezidentliyə namizədliyi ilə bağlı Mərkəzi Seçki Komissiyasına sənədlərini təqdim edilib. Qeyd edək ki,prezident seçkisi bu ilin aprelin 11-də keçiriləcək.

Ətraflı oxu »

YAP fəalından söyüş söyən müxalifətçilərə sərt sözlər – “…qarşınızda bizi görəcəksiz!”

YAP fəalı Ramin Əhmədov facebookda təhqiramiz fikirlər səsləndirənlərlə bağlı yazı yazıb. Musavat.com onun yazısını təqdim edir: “Bir qədər sərt yazacam və bunun  konkret səbəbləri var.  Bu gün Azərbaycanın internet məkanındakı azadlıqdan öz çirkin məqsədləri üçün istifadə edən insana bənzər məxluqlara rast gəlinir. Bu sırada olanlar sosial şəbəkələrdə müxtəlif səhifələr açaraq …

Ətraflı oxu »

Namiq Məna sədr vəzifəsində ilk tədbirini keçirdi – FOTO

Azərbaycan Yazıçılar Birliyinin (AYB) yeni yaradılan Qubadlı bölməsinin sədri Namiq Məna (Əliyev) Sumqayıt şəhərində rayonun ədəbi camiəsi ilə ilk görüşünü keçirib. Unikal.org-un məlumatına görə, tədbirdə bölmənin sədri Namiq Məna çıxış edərək ona göstərdiyi etimada görə, rayon rəhbərliyinə, eləcə də AYB-nin rəhbərliyinə təşəkkürünü bildirib və səmərəli fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. N. …

Ətraflı oxu »

Əli Əhmədovun baş nazir müavini postundakı vəzifəsi donduruldu

Azərbaycan Respublikası baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi təyin edilib. Virtualaz.org partiyanın mətbuat xidmətinə istinadən bildirir ki, Əli Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevralın 12-dən aprel ayının 11-dək …

Ətraflı oxu »

Zahid Oruc da prezidentliyə namizəd olacaq

Milli Məclisin deputatı Zahid Oruc prezident seçkisinə qatılacaq. Azinforum.az xəbər verir ki, bu barədə Modern.az-a Zahid Orucun özü məlumat verib. O, Azərbaycan vətəndaşlarına xitab edərək, onları seçkidə, bu ümumxalq kampaniyasında fəal iştiraka çağırıb.

Ətraflı oxu »

Daha bir partiyada seçki mübahisələri –VİP iştirakla bağlı qərar verə bilmir

Fevralın 11-də Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. İclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak məsələsi müzakirə olunub. Bu barədə Strateq.az-a VİP-in mətbuat xidmətindən məlumat verilib. Müzakirələrin əvvəlində VİP-in 2017-ci il mayın 28-də keçirilmiş IV Qurultayında partiyanın sədri Əli Əliyevin prezidentliyə namizədliyinin elan …

Ətraflı oxu »

Fəzail Ağamalının partiyası İlham Əliyevin namizədliyini dəstəkləyib – BƏYANAT

Ana Vətən Partiyası Ali Məclisinin iclası keçirilib. İclasda qarşıdan gələn prezident seçkilərində partiyanın iştirakı müzakirə edilib. Partiyadan Azinforum.az-a bildirilib ki, toplantıda 11 aprel 2018 -ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyilə ilə bağlı qərar qəbul olunub və bəyanat verilib. Bəyanatda bildirilib ki, Ana Vətən Partiyası prezident seçkilərində …

Ətraflı oxu »