Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycanlılarla türklər Macarıstanda PKK tərəfdarları ilə üz-üzə gəldi – VİDEO

Azərbaycanlılarla türklər Macarıstanda PKK tərəfdarları ilə üz-üzə gəldi – VİDEO

Macarıstandakı PKK tərəfdarları Türkiyə səfirliyinin qarşısına yığışaraq Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatına etiraz ediblər.

Milli.az xəbər verir ki, Macarıstanda yaşayan türklər və azərbaycanlılar etiraz aksiyası keçirən PKK tərəfdarlarının cavabını layiqincə veriblər. Belə ki, səfirliyin qarşısına yığışan azərbaycanlılar türklərlə birlikdə “Şəhidlər ölməz, vətən bölünməz!”, “PKK terror təşkilatıdır!” şüarları səsləndiriblər. Onlar birlikdə İstiqlal marşını oxuyublar.

Nəticədə 30 nəfərdən ibarət PKK tərəfdarları ərazini tərk etməyə məcbur qalıblar.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …