Ana səhifə / Siyasət (səhifə 1265)

Siyasət

1300 manat rüşvət alana – 9 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xızı rayon Arxiv İdarəsinin vəzifəli şəxsi Paşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. “Qafqazinfo“nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. P.Məmmədov Xızı rayonu sakini Kərimulla Kərimovdan qaz xəttinin çəkilməsi üçün …

Ətraflı oxu »

Mingəçevirdə şəhidlərin qəbirlərini işlənmiş motor yağıyla silirlər –ŞOK VİDEO

Mingəçevir Şəhidlər Xiyabanında şəhidlərin qəbirüstü abidələrini işlənmiş mühərrik yağıyla yağlayıblar Bu barədə  şəhid Elşən Rzayevin bacısı məlumat verib. O, bildirib ki, Şəhidlər Xiyabanında qəbirlərin sinə daşının üstü işlənmiş motor yağı ilə silinib: “Biz sabunla yumuşuq, amma digər qəbirlər də elədir. Bilmək istəyirik ki, nəyə görə bu qəbirlərin üstü işlənmiş motor …

Ətraflı oxu »

“Onkoloji xəstədən rüşvət alanların heç bir mənliyi yoxdur” – Aslan İsmayılov

Aslan İsmayılov Baş Prokurorluğa müraciət edəcək Tanınmış hüquqşünas Aslan İsmayılovun Milli Onkologiya Mərkəzində korrupsiya halları, xəstələrə qarşı qeyri-insani davranışdan bəhs edən yazısı cəmiyyətdə böyük əks-səda doğurub. İnternet saytlarında, sosial şəbəkələrdə çox izlənilən, müzakirələrə səbəb olan bu yazıya Səhiyyə Nazirliyindən cavab gəlib. Mərkəzin baş onkoloqu Azad Kərimli Aslan İsmayılovun Milli Onkologiya …

Ətraflı oxu »

YAP-dan aprel döyüşündə fərqlənən əsgər və zabitlərə DƏSTƏK

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Silahlı Qüvvələrinə növbəti dəstək aksiyasını həyata keçirmək barədə qərar qəbul edib. Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hakim partiyanın təşəbbüsü və vəsaiti hesabına Azərbaycan Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına …

Ətraflı oxu »

Kamal Abdulla Gəncəyə səfər edib

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Gəncə şəhərinə səfər edib. Öncə Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Səfər çərçivəsində Kamal Abdullayev Gəncə Şəhər İcra Hakimiyyətinin birinci müavini Elnur Rzayevlə birlikdə Şah Abbas məscidində və Rus Provaslav kilsəsində olub. Din xadimləri ilə …

Ətraflı oxu »

Yerevanda mitinq: “Siyasi məhbuslara azadlıq!”

Dünən Yerevanda siyasi məhbuslara azadlıq tələbi ilə mitinq keçirilib. Virtualaz.org bildirir ki, mitinq Ermənistan müxalifətinin bir müddət əvvəl uydurma və siyasi motivli ittihamlarla həbs edilmiş lideri Jirayr Sefilyanın ad gününə həsr olunub (Sefilyan 1967-ci il iyulun 10-da Livanın paytaxtı Beyrutda anadan olub-red.). Mitinqdə çıxış edənlər Sarkisyan hakimiyyətinin apardığı siyasəti kəskin …

Ətraflı oxu »

DTX bu məmurları ciddi nəzarətə götürməlidir – Başqa yol yoxdur…

Təşəbbüskar insanlarla mübarizə aparan məmurlar dövlətimizin təhlükəsizliyinə zərbə vururlar Azərbaycanda mühüm dövlət vəzifələrində işləyən çoxsaylı məmurların çoxu ancaq özü haqqında fikirləşir. Onlar üçün dövlət maraqları yoxdur. Onların bircə amalı var. Təki onlar yaxşı yaşasın. Onların biznesi çiçəklənsin, onların savadsız qohumları və əqrəbaları yüksək vəzifələrdə olsunlar. Bu tip məmurlar haqqında vaxtilə …

Ətraflı oxu »

“2016-cı il tarixdə dərin islahatlar ili kimi qalacaq” – İlham Əliyev boyük dəyişiklik anonsu verdi

“Dünyada təhlükələr artır, iqtisadi böhran daha da dərinləşir. Bütün ölkələr bu böhrandan bu və ya digər şəkildə əziyyət çəkir”. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Dövlət başçısı deyib ki, Azərbaycanda uğurlu inkişaf təmin …

Ətraflı oxu »

Lider TV-nin əməkdaşı dəfn edildi

Dünən futbol oynayarkən qəfil vəfat edən tanınmış telejurnalist İlqar Qulusoy bu gün dəfn edilib. “ Azinforum.az ” ın Lent.az-a istinadən məlumatına görə, Lider televiziyasının əməkdaşı doğulub boya-başa çatdığı Kəngərli rayonunun Böyükdüz kəndinin məzarlığında dəfn edilib. Ürək tutmasından vəfat edən jurnalistin cənazəsi bu gecə təyyarə ilə Naxçıvana yola salınmışdı. Allah rəhmət eləsin!

Ətraflı oxu »

Kirkorov illər sonra Bakıda Ağalarovun qonağı oldu

Rusiyanın xalq artisti Filipp Kirkorov illər sonra Bakıya gəlib. Virtualaz.org bildirir ki, Kirkorov müğənni Eminin əsas təşkilatçılarından olduğu “Jara” festivalında iştirak edib. Səhnəyə çıxan F.Kirkorov tamaşaçılarla Azərbaycan dilində salamlayıb: “Rusiya Federasiyasının xalq artisti Filip Kirkorovun qonaqları Azərbaycan”. O, Bakıya olan heyranlığından və azərbaycanlıların qonaqpərvərliyindən danışıb: “Hər dəfə Bakıya həvəslə və …

Ətraflı oxu »